Bu, dövlətə xəyanətdir - Deputat
Bizi izləyin

Nida Xəbər

Bu, dövlətə xəyanətdir - Deputat

“Bu gün general Polad Həşimovun adına küçə verilir, bundan da bir çox qüvvələr siyasi məqsədlər üçün istifadə edirlər”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

O hesab edir ki, bundan siyasi məqsədlər üçün istifadə edən qüvvələrə cinayət işi açılmalıdır: “Bir çoxları general Polad Həşimovdan istifadə edərək guya onun adının general Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı yanlış xəbər yayırdı. Bu da artıq həmin şəxslərə qarşı cinayət işi açmağa əsas verir”.

Bəhruz Məhərrəmov təhsil kreditlərinə, su problemlərinə və Azərbaycana qarşı xaricdən başladılan kampaniyaya da münasibət bildirib: “Pandemiya şübhəsiz ki, təhsil prosesinə də təsirsiz ötüşmədi. Hesab edirəm ki, təhsil kreditlərinin subsidiyalaşmasına ehtiyac var. Pandemiya aradan qalxsa belə, bu istiqamətdə geriyə addım atmaq mümkün deyil. Ölkədə su problemi məsələsinə yenidən baxış olmalıdır. Sözsüz ki, Azərbaycanın karantin rejimi ilə bağlı atdığı addımlar dəstəklənməlidir. Bəzi xarici ölkələrdə, Qərbdə Azərbaycanda tətbiq olunan karantin rejimini siyasi məqsədlər üçün istifadə edirlər. Çox təəssüf ki, bu prosesə bir zamanlar Azərbaycan tərəfindən dövlətin imtiyazları ilə əhatə olunmuş tanınmış şəxslər də qoşulur. Bu, dövlətə xəyanətdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm