Bu müəssisələrin fəaliyyətinə icazə verilməlidir - Deputat
Bizi izləyin

Nida Xəbər

Bu müəssisələrin fəaliyyətinə icazə verilməlidir - Deputat

“Pandemiya, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatında da problem yaradıb və yaratmaqdadır. Necə ola bilir ki, Azərbaycanda pandemiyanın ən şiddətli dövrü idi və çox sərt karantin dövrü idi, amma dövlət büdcəsinin gəlir və xərclərini yerinə yetirə bildik və 345 milyon profisit yarandı”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat büdcə dəyişikliyinin pandemiya ilə bağlı olmadığını deyib: “Amma pandemiyanın yumşaldığı dövrdə iqtisadiyyat zəifləyir. Deməli bu, heç də pandemiyaya bağlı məsələ deyil. Rusiyada, Türkiyədə bütün müəssisələr fəaliyyət göstərir, amma ciddi karantin rejimi də tətbiq olunur. Müəssisələrin açılması ilə bağlı iş görməsək, ilin ikinci yarısında ciddi problemlərlə üzləşəcəyik. Dövlətə gəlir gətirən müəssisələrin fəaliyyətinə icazə verilməlidir. Bəzi müəssisələrin işləməsinə ehtiyac var. Nazirlər Kabineti, Operativ Qərargah bu haqda düşünməli, dövlət büdcəsinə xeyir verən sahələrin siyahısını tətbiq edərək onların işləməsinə şərait yaratmalıdır. Büdcə sisteminin dəyişdirilməsini müzakirə edirik. Düşünürəm ki, bu, vacibdir. Çünki qeyri-neft sektorunda gəlir aşağı düşüb. Amma hesab edirəm ki, burada ciddi məsələ istehsal və xidmət sahələrinin fəaliyyətinin bərpa olunmasıdır”.

Vahid Əhmədov manatın taleyi ilə bağlı da məsələyə toxunub: “Neftin qiyməti aşağı düşürsə, qeyri-neft sektorunun gəlirlərinin azalması manatın taleyinə ciddi təsir edir. Biz bununla bağlı ciddi düşünməliyik. Manatın taleyi necə olacaq? Pandemiya davam edir, iqtisadiyyat böhran vəziyyətindədir, bu da manat üçün ciddi təhlükədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm