Nida Xəbər
Koronavirus testi pulsuz olsun - Deputatdan təklif
“Hökumətin diqqətini tikinti sektorunda yaranan durğunluğa cəlb etmək istərdim. Tikinti sektorunun işləməsinə imkan verilməsi olduqca zəruridir”.
Publika.az xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat daha sonra qeyd edib ki, supermarketlərə insanlar daha çox üz tutur, nəinki mebel mağazalarına: “Bu mənada hesab edirəm ki, mebel mağazalarının da açılması zəruridir. Ayrı-ayrı ticarət mərkəzləri də açılmalı, bununla paralel olaraq karantin rejiminə ciddi əməl olunmalıdır. Mən müşahidə etmişəm, bəzi marketlərə maskasız daxil olan insanlara sahibkar xidmət göstərilməyəcəyini deyir. “Sədərək” və “Binə” ticarət mərkəzlərində minlərlə insan çalışırdı, indi onlar işsiz qalıb”.
Millət vəkili deyib ki, koronavirusun müəyyənləşdirilməsi ilə bağlı testin qiyməti kifayət qədər yüksəkdir: “Bizdə ən aşağı qiymət 50 manat civarındadır. Bu məsələyə də baxılmalı və minimum qiymət haqqında düşünməli, əgər mümkündürsə, pulsuz həyata keçirilməlidir”.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK