Nida Xəbər
İspaniyanın “Ejecutivos” jurnalında erməni təcavüzü barədə məqalə dərc olunub
İspaniyanın “Ejecutivos” jurnalının elektron versiyasında İspan-Əlcəzair Mədəniyyət Assosiasiyasının prezidenti Fernando Novo Lensin Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən bəhs edən məqaləsi dərc edilib.
Məqalədə ölkəmizin yerləşdiyi region, əhalisinin sayı, iqtisadi göstəriciləri barədə, habelə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun mövcud olduğu 23 ay ərzində əldə etdiyi uğurlar haqqında məlumat verilir.
Qeyd olunur ki, XX əsrin 80-ci illərinin sonlarından başlayaraq, Azərbaycan Ermənistanın etnik təmizləmə, təcavüz, soyqırımı siyasəti ilə qarşılaşıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Diqqətə çatdırılır ki, Ermənistan tərəfi Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət həyata keçirməklə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, BMT Nizamnaməsini kobud şəkildə pozmaqda davam edir. İşğal olunmuş Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələri (822, 853, 874, 884) Ermənistan tərəfindən hələ də icra edilməyib.
Məqalədə bildirilir ki, bu il iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Azərbaycanın dövlət sərhədində yerləşən Tovuz rayonu istiqamətində hücuma cəhd göstərib. Hərbi təcavüz və təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun əsgər və zabitləri arasında həlak olan və yaralananlar olub. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin yaşadığı kəndlər məqsədyönlü şəkildə hədəfə alınıb və nəticədə 76 yaşlı azərbaycanlı mülki şəxs həlak olub, yaşayış obyektlərinə güclü xəsarət yetirilib. Ermənistanın bu təxribatı beynəlxalq hüququn prinsip və normalarının, BMT Nizamnaməsinin, həmçinin beynəlxalq humanitar hüquq normalarının, Cenevrə konvensiyalarının müddəalarının kobud şəkildə pozulması deməkdir.(AzərTAc)
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var