Türkiyə də Ermənistanın terror təxribatlarının qurbanı olub - Nazir
Bizi izləyin

Nida Xəbər

Türkiyə də Ermənistanın terror təxribatlarının qurbanı olub - Nazir

"Ermənistan dövlətinin terrorçu mahiyyəti hər kəsə yaxşı bəllidir. Bu, həmin Ermənistandır ki, hələ ötən əsrin 70-80-ci illərində ASALA terror təşkilatını dəstəkləməklə dünyada bir çox terror aktlarını həyata keçirib".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində "CNN Türk"ə müsahibəsində deyib.

XİN rəhbəri bildirib ki, qardaş Türkiyə də həmin terror aktlarının qurbanlarından biri olub: "Dağlıq Qarabağ və ətraf bölgələrdə həyata keçirilən hərbi əməliyyatlar zamanı da Ermənistan terrordan çox geniş istifadə edib".

C.Bayramov qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın uzunmüddətli tarixi var: "Bu təlimlər 2 dövlət arasında hərbi əməkdaşlıq sazişinə əsasən həyata keçirilir. "TurAz Qartalı" hərbi təlimləri də tarixi təlimlərdən biridir və bu təlimlər bizim hərbi əməkdaşlığımızın böyük hissəsini təşkil edir".

Nazir əlavə edib ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həll edilməsinin tərəfdarıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm