Nida Xəbər
Kənan Nəcəfov Fonda sədr təyin edildi
Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.
İqtisadiyyat Nazirliyindən Publika.az-a verilən məlumata görə, Sahibkarlığın İnkişafı Fondu ölkəmizdə özəl biznesə dövlət dəstəyinin göstərilməsi, sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi, iş adamlarının maarifləndirilməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi, habelə real sektora investisiya qoyuluşunun stimullaşdırılması istiqamətində fəaliyyət göstərir.
Fond hazırda bank sektoru ilə yanaşı, sahibkarlıq layihələrinin maliyyələşdirilməsi sahəsində də dövlət dəstəyinin göstərilməsində fəal iştirak edir. Bu sahədə aparılan islahatların davamı olaraq Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin və idarəetmə proseslərinin keyfiyyətinin yüksəldilməsi, Fondun menecmentinin müasir standartlara uzlaşdırılması, habelə sahibkarlığın maliyyələşdirilməsi sahəsində bank və özəl sektorla əlaqələndirmənin dərinləşdirilməsi nəzərdə tutulur.
Həyata keçirilən islahatların səmərəliliyini təmin etmək məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunu olan Kənan Nəcəfov ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində biznes inzibatçılığı, Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecində beynəlxalq biznes hüququ üzrə magistr dərəcələrini əldə edib. O, xarici ölkələrdə tanınmış beynəlxalq şirkətlərin menecmentində, o cümlədən “Baker Botts LLP” hüquq firmasında, “BP”, “Exane BNP Paribas”, “Citigroup” şirkətlərində işləyib, həmçinin, Dünya Bankının Azərbaycan nümayəndəliyində çalışıb, Azərbaycanda “Nobel Oil” şirkətində Baş icraçı direktorun müavini olub. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilənədək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı