Nida Xəbər
AXCP və Milli Şuranın qeybətxana şousu davam edir - VİDEO

AXCP və Milli Şura üzvlərinin onlayn sessiyası ilə bağlı növbəti videogörüntülər yayılıb.
Publika.az xəbər verir ki, sessiya zamanı qeyri-ciddi, hətta qeybət xarakterli söhbətlər izləyicidə ikrah hissi doğurmaya bilmir. Onlayn sessiyadan bir hissəni təqdim edirik.
Vidadi Mirkamal: Cəmil müəllim, orada necədi vəziyyət, karantin necədi, amerikalılar necə gözləyirlər karantin qaydalarını, karantin yoxdu bəyəm onlarda?
Cəmil Həsənli: Var, sadəcə bizimkilərdən fərqli olaraq, burdakı adamlar şüurludurlar.
Vahid Məhərrəmli: Bir az bundan qabaq Əli bəylə əlaqə saxladım, vəziyyəti yaxşıdı, deyir istirahət eləyirəm, ümid edir ki, biz sosial şəbəkələrdə komanda kimi daha yaxşı işləyəcəyik. Sağolun ki, siz də, cəbhəçilər də Əli Kərimlinin müsahibələrindən, sözlərindən kəsib ayrıca statuslar yazdız, plakatlar təşkil olundu. İndi orda kimin statusuna nə qədər layk gəldi, gəlmədi bu elə də əhəmiyyətli deyil, əsas odu yazdıq.
Daha sonra Gültəkin Hacıbəyli və Vahid Məhərrəmli arasında cins inəklərin yaşı ilə bağlı dialoq gedir.
Sessiyadan videogörüntünü təqdim edirik.

-
Yaxın Şərq06:46
İsraildə ölüm hökmünün tətbiqini təklif edildi
-
İKT05:45
“Google” mətni musiqiyə çevirən süni intellekt yaratdı
-
Hadisə02:12
Şərqi Azərbaycanda neft bazası yanır - VİDEO
-
Region01:41
Mərmərə dənizinin suyu qəhvəyi rəngə boyandı - FOTO
-
İdman00:41
Ronlado Ər-Riyadda yapon restorana gəldi, rəqs etdi - Gedəndə isə...
-
Qoroskop00:15
Günün ULDUZ FALI: onların məkrli planını pozun
-
İKT28 Yanvar 23:36
İctimai yerlərdəki "Wi-Fi"lar təhlükəli imiş... - RİSKLƏR
-
Səhiyyə28 Yanvar 22:49
Yaddaş pozğunluğunu aradan qaldırmağın ALTI YOLU