Nida Xəbər
700-ə yaxın Rusiya vətəndaşı təxliyə olunacaq
Koronavirus pandemiyası səbəbindən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edildiyinə görə və ölkənin sərhədləri bağlandıqdan sonra Azərbaycanda minlərlə Rusiya Federasiyasının vətəndaşı qalıb.
Publika.az xəbər verir ki, bu müddət ərzində Rusiya vətəndaşlarının öz ölkələrinə qayıtması məqsədilə lazımi şəraitin yaradılması üçün Azərbaycan hökuməti tərəfindən Rusiyanın Bakıdakı Səfirliyinə hərtərəfli dəstək göstərilib.
Rusiya tərəfindən təxliyələr quru və hava yolu ilə həyata keçirilib.
İndiyə qədər ümumilikdə 4 mindən artıq Rusiya vətəndaşı Azərbaycandan təxliyə olunub.
Avqustun 20-də 700-ə yaxın Rusiya vətəndaşının da Dağıstan vasitəsilə Rusiya Federasiyası ərazisinə keçidi nəzərdə tutulur.
Təxliyələr Rusiya Federasiyasının aidiyyəti qurumlarının müəyyən etdiyi xüsusi prosedur və qaydalara uyğun şəkildə dövri əsasda həyata keçirilir.
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO