Lavrovdan QARABAĞ AÇIQLAMASI: "İlk cəhdən olmasa da..."
Bizi izləyin

Nida Xəbər

Lavrovdan QARABAĞ AÇIQLAMASI: "İlk cəhdən olmasa da..."

Rusiya ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların mümkün qədər tez bərpa olunması üzərində işləyir.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Trud" qəzetinə müsahibəsində deyib.

S.Lavrov bildirib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tezliklə bərpa olunmasını gözləyirik. Bunun üzərində ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik".

Nazirin qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi münaqişənin həlli üçün fəal vasitəçilik səyləri göstərib:

"ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu müddət ərzində iki ölkənin xarici işlər orqanlarının rəhbərliyi ilə birbaşa təmasda olub. Nəticədə Rusiyanin fəal vasitəçiliyi ilə, ilk cəhdən olmasa da, 16 iyul tarixindən atəşkəs əldə edilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm