Deputatın qardaşı yüksək vəzifəyə təyin edildi - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Deputatın qardaşı yüksək vəzifəyə təyin edildi - YENİLƏNDİ

Ədliyyə Nazirliyi Qabil Əliyevin təyinatı ilə bağlı xəbərə aydınlıq gətirib.

Nazirlikdən Publika.az-a bildirilib ki, Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, yeniliklər və innovasiyaların tətbiq olunması, o cümlədən kadr islahatlarının aparılması barədə nazirlik tərəfindən ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
Belə ki, bu günlərdə Qabil Həmzə oğlu Əliyev nazirliyin İcra Baş idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, həmçinin elmi fəaliyyətlə də məşğul olub. O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur. Vəzifədə irəli çəkilərək 2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışıb.

Onu da qeyd edək ki, hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq idarə rəisinin digər müavini Fərid Əfəndiyev icra edir.

*****

Ədliyyə naziri Fikrət Məmmədov millət vəkili Bəxtiyar Əliyevin qardaşını yüksək vəzifəyə təyin edib.

F.Məmmədovun əmri ilə, Əliyev Qabil Həmzə oğlu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. O, həmçinin həmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edəcək.

Qeyd edək ki, Qabil Əliyev bu təyinata qədər Prezident Adminstrasiyasında çalışıb.(Unikal.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm