AŞPA-da Livan ermənilərinin Qarabağa köçürülməsindən danışıldı
Bizi izləyin

Nida Xəbər

AŞPA-da Livan ermənilərinin Qarabağa köçürülməsindən danışıldı

Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasının iclasında Livan ermənilərinin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi məsələsini qaldırıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar and məcburi köçkünlər komitəsinin 7 sentyabr görüşündə Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsini qaldırıb.

Beyrutda baş vermiş partlayışdan sonra yaranmış humanitar böhran səbəbindən dünya ictimaiyyətinin Livana dəstəyi fonunda Ermənistan siyasi rəhbərliyinin həlak olmuş insanların acıları üzərində siyasi oyun quraraq öz işğal siyasətini daha da möhkəmlətməyə çalışması AŞPA nümayəndə heyətlərinin diqqətinə çatdırılıb.

İclasda Ermənistan nümayəndə heyətindən də millət vəkili olmasına və moderator tərəfindən Ermənistana cavab haqqı verilməsinə rəğmən erməni vəkil Tatevik Hayrapetyan faktlar qarşısında susmağa məcbur olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm