Nida Xəbər
Sahibə Qafarova TBMM sədri ilə görüşdü - FOTO
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub.
Publika.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub, Ümummilli Liderin burada ucaldılan heykəli önünə əklil qoyulub.
Nümayəndə heyəti daha sonra Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını – “Anıtqəbri” ziyarət edib.
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın adından “Anıtqəbri” önünə əklil qoyulub. Milli Məclisin Spikeri Xatirə kitabına ürək sözlərini yazıb.
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq