Zelenskidən Azərbaycanla bağlı MÜHÜM QƏRAR - VİDEO
Bizi izləyin

Nida Xəbər

Zelenskidən Azərbaycanla bağlı MÜHÜM QƏRAR - VİDEO

Video əlavə olunub.

xxx

Ukrayna Prezidenti Vladimir Zelenski "Ukraynanın milli təhlükəsizlik strategiyası Haqqında" fərman imzalayıb.

Publika.az xəbər verir ki, fərmana əsasən Ukrayna regional təhlükəsizliyin gücləndirilməsi üçün bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirəcək.

"Öz milli maraqlarını qorumaq və Ukraynanın regional təhlükəsizliyini gücləndirmək üçün Azərbaycan Respublikası, Gürcüstan, Litva Respublikası, Polşa Respublikası, Türkiyə Respublikası ilə strateji tərəfdaşlıq inkişaf etidirlməlidir", - fərmanda deyilir.

Sənəddə vurğulanır ki, “dövlətin xarici siyasəti ilk növbədə müstəqilliyin və dövlət suverenliyinin təmin edilməsinə, Ukraynanın ərazi bütövlüyünün bərpasına yönəldilib”.

Ukraynanın milli təhlükəsizlik strategiyası və müdafiəsi ölkə Prezidentinin tapşırığı ilə hazırlanıb. O, milli təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm