Vəziyyəti yaxşıdır, evinə yola salmaq istəyirik - Tofiq Yaqublunun həkimi DANIŞDI
Bizi izləyin

Nida Xəbər

Vəziyyəti yaxşıdır, evinə yola salmaq istəyirik - Tofiq Yaqublunun həkimi DANIŞDI

“Tofiq Yaqublunun keçirdiyi aclıqla bağlı təbii olaraq səhhətində müəyyən dəyişikliklər var. Amma hər halda biz ona bu gün xeyli dəstək olmuşuq”.

Bu fikirləri Publika.az-a danışan professor, T.Yaqublunun həkimi Adil Qeybulla deyib.

Onun sözlərinə görə, hazırda Yaqublunun müalicəsi davam edir: “Bir müddətdən sonra onun qidalanma məsələsi də həll olunacaq, intensiv müalicəsi davam edəcək. İstəyirik ki, bu gün hər şeyi qaydaya salıb Tofiq bəyi evinə göndərək. Hazırda vəziyyəti yaxşıdır”.

Həkim Tofiq Yaqublu barədə məhkəmə qərarının dəyişdirilməsini humanist addım kimi qiymətləndirib: “Yaranmış vəziyyəti kampaniyaya çevirərək Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu anti-insani davranışını qınayırıq. Bir çoxları maraqlıdır ki, bu proses uzansın, Tofiq bəy aclığı davam etdirsin, ağır vəziyyətə düşsün və onlar da bundan istifadə etsinlər. Bu, açıq-aydın hiss olunurdu”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm