Azərbaycanın yeni səfiri etimadnaməsini Zalkalianiyə təqdim etdi
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın yeni səfiri etimadnaməsini Zalkalianiyə təqdim etdi

Azərbaycanın Gürcüstana təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini ölkənin xarici işlər naziri David Zalkalianiyə təqdim edib.

Bu barədə Publika.az-a Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, D.Zalkaliani F.Quliyevi səfir təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir ümidvar olduğunu bildirib ki, iki ölkə arasında yüksək səviyyəli strateji və dostluq əlaqələri bundan sonra daha da dərinləşdiriləcək.

Mərasimdən sonra keçirilən görüşdə tərəflər Gürcüstan-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətini və gələcək əməkdaşlığın perspektiv və istiqamətlərini müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm