Nida Xəbər
YAP İdarə Heyətində videokonfrans keçirildi
Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
YAP-ın mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, iclasda partiyanın pandemiya ilə mübarizə çərçivəsində həyata keçirdiyi coxşaxəli tədbirlər barədə qısa məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərlərin qarşısını almaq üçün həyata keçirilən sistemli tədbirlər müsbət nəticəsini verib.
YAP da öz növbəsində? Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi ilə epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib.
İclasda, həmçinin Yeni Azərbaycan Partiyasının Binəqədi, Şəmkir və Zəngilan rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətlərinə dair hesabatlar dinlənilib.
İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyyəti qənaətbəxş hesab edilib, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib.
İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR