Erməni ordusu Qarabağda hərəkətə keçdi: 2 saat öncə...
Bizi izləyin

Nida Xəbər

Erməni ordusu Qarabağda hərəkətə keçdi: 2 saat öncə...

Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən hərbi hissələrində hərəkətlilik artıb.

Publika.az
xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

Məlumata görə, təxminən iki saat əvvəl bütün hərbi hissələr 1 nömrəli hazırlıq vəziyyətinə gətirilib.

Bütün zabit heyəti də hərbi hissələrə çağırılıb.

Qəzet müxtəlif mənbələrdən xəbərin təsdiqləndiyini yazır, lakin separatçıların sözçüsü Vaqram Poqosyan bunu təkzib edir.

Yeri gəlmişkən, Ermənistan müdafiə naziri David Tonoyan hazırda Moskvadadır. Bunun fonunda yayılan belə məlumatlar erməni hərbi birləşmələrin cəbhədə təxribat hücumuna keçə biləcəyi ehtimalını artırır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm