Prezident Baş nazirin müavinini cəbhəboyu rayonlara göndərdi
Bizi izləyin

Nida Xəbər

Prezident Baş nazirin müavinini cəbhəboyu rayonlara göndərdi

Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq qurumların nümayəndələri Tovuz, Ağstafa və Qazax rayonlarının cəbhəboyu yaşayış məntəqələrində olub.

Publika.az xəbər verir ki, hökumət nümayəndələri cəbhəboyu yaşayış məntəqələrində içməli su, qaz, elektrik enerjisi ilə təminat, məktəb və tibb məntəqələrinin vəziyyəti ilə tanış olublar.

Cəbhəboyu yaşayış məntəqələrində kommunal və sosial infrastrukturun təkmilləşdirilməsi və yenilərinin yaradılmasına dair konkret layihələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilb.

Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm