Polşa XİN-dən sülh çağırışı
Bizi izləyin

Nida Xəbər

Polşa XİN-dən sülh çağırışı

Polşa Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ətrafında baş verənlərdən narahatlığını ifadə edərək, Azərbaycan və Ermənistanı bu münaqişəni sülh və diplomatik yolla həll etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Polşa XİN-nin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Polşa XİN Dağlıq Qarabağ bölgəsindəki hərbi toqquşmalarla bağlı məlumatlardan çox narahatdır. Döyüşlərə son qoyulması, gərginliyin azaldılması və xüsusilə ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının bərpasına çağırırıq".

Polşa xarici işlər naziri Zbiqnev Raunun sözlərinə görə, Ermənistan və Azərbaycan üçün yeganə mümkün həll yolu atəşkəs, gərginliyin azaldılması və danışıqlardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm