Ermənilərin əlindən informasiya təxribat maşını alınıb - Zahid Oruc
Bizi izləyin

Nida Xəbər

Ermənilərin əlindən informasiya təxribat maşını alınıb - Zahid Oruc

BMT-nin qəbul etdiyi dörd qətnamə həm də imkan verir ki, bizim ordumuz işğal edilmiş torpaqlarımızı əks-hücumla azad etsin.

Publika.az xəbər verir ki, bunu MM-in iclasında çıxışı zamanı İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, ilk dəfədir informasiya siyasəti sahəsində verilən düzgün qərarlar şəraitində yaşayırıq:

“Əgər məlum şəbəkə müharibəsi şəraitində yaşasaydıq, bu gün ətrafda nələr baş verəcəyini təsəvvürə gətirmək mümkün deyildi. Bu gün əsas üstünlük odur ki, ermənilərin əlindən informasiya təxribat maşını alınıb”.

Zahid Oruc Prezident İlham Əliyevin ötəngünkü çıxışından məşhur sözlərini sitat gətirib:

“Prezident dedi ki, biz bu dəfə bu münaqişəni elə həll etməliyik ki, gələcək nəslə qalmasın. Uzun onillər bizim canımızda-qanımızda formalaşıdırılan daşlaşmış erməni obrazını qırmaq mümkün oldu. Biz ermənilərin əsl obrazını məğlub olandan sonra görəcəyik. Azərbaycanla-Ermənistan arasında sərhəd xətti yoxdur. Bu gün ermənilər düşünsün ki, əraziləri haradır və Qarabağ kimindir”.

O, daha sonra deyib ki, Prezidentin Azərbaycan Ordusu xalqından və Ulu öndərdən aldığı böyük güclə, qətiyyətlə Qarabağı geri qaytarmağa başlayıb:

“İndi erməni tərəfi deyir ki, Azərbaycan rəhbəri yeni müharibə taktikası tətbiq edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm