Müdafiə Nazirliyi düşmənin itkilərini açıqladı
Bizi izləyin

Nida Xəbər

Müdafiə Nazirliyi düşmənin itkilərini açıqladı

Azərbaycan Ordusu əks hücumu davam etdirir.

Publika.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Bildirib ki, Talış kəndi ətrafında bir neçə strateji yüksəklik işğalçı qüvvələrdən təmizlənib: "Ermənistan Müdafiə Nazirliyi hər zaman olduğu kimi üz verdiyi itkiləri gizlədir. Kəşfiyyat qurupumuzun əldə etdiyi məlumata əsasən, düşmənin 24 ədəd tankı və zirehli texnikası, 15 ədəd zenit raket kompleksi, 15 uçuş aparatı, 8 ədəd artilierriya qurğusu, 550 nəfərdən artıq şəxsi heyət itkisi var. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan gətirilən əsirlərə aid olduğu aşkar edilib. Ermənistan bu məlumatı həm öz xalqından, həm də beynəlxalq ictimaiyyətdən gizlədir".

O qeyd edib ki, düşmən ordusundakı yaralıların say çoxluğu səbəbilə hospitallarda yer qıtlığı yaranıb, qan donorları axtarılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm