• USD 1,7000 0,00% EUR 2,0021 +0,61%
    • GBP 2,2006 +0,15% RUB 0,0219 +0,46%

Ərdoğandan SON DƏQİQƏ Qarabağ mesajı

Ərdoğandan SON DƏQİQƏ Qarabağ mesajı

Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməlidir.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tarix, Siyasət və Beynəlxalq Münasibətlər İstiqamətindən Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq dənizi Simpoziumunda deyib.

Ərdoğan Ermənistanın Azərbaycana hücumlarını bir daha qınayaraq “Azərbaycanın yanındayıq” ifadələrini səsləndirib: "Türkiyə bütün imkan və qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək".

Türk prezident bildirib ki, Ermənistanı qınamaqdan başqa davranış sərgiləmək onu şıltaqlaşdırmağa fürsət tanıyacaq: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi ilə bölgə sülh və sabitliyə qovuşacaq. Bölgədə Qarabağın işğalı ilə başlayan böhrana artıq son qoyulmalıdır. İşğal olunan torpaqlar Azərbaycanındır. 1 milyona yaxın insan yurdundan uzaqda yaşayır. Artıq hesab vaxtı gəldi. Azərbaycan istər-istəməz öz göbəyini özü kəsmək məcburiyyətində qalıb”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR