Nida Xəbər
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng etdi
Bu gün Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya zəng edib.
Ombudsman Aparatının Mətbuat xidmətindən Publikla.az-a verilən məlumata görə, Şərəf Malkoç 27 sentyabr tarixindən başlayaraq Ermənistanın təxribat xarakterli hərbi hücumlarının qarşısını alarkən həyatlarını itirən hərbi qulluqçular, eyni zamanda dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin iriçaplı silahlarla atəşə tutulması nəticəsində həlak olan mülki şəxslərlə bağlı dərin hüznlə başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyib.
Baş Ombudsmanı eyni zamanda döyüşlərin getdiyi təmas xəttindəki vəziyyətlə də maraqlanıb. O bildirib ki, bir millət, iki dövlət olaraq Türkiyə daim qardaş Azərbaycan xalqının yanındadır və onun haqq işini hər zaman olduğu kimi dəstəkləyir.
Azəbaycan Ombudsmanı Səbinə Əliyeva diqqətə və dəstəyə görə Şərəf Malkoça təşəkkürünü bildirib. O, iki qardaş ölkə arasında dostluq münasibətlərinə toxunaraq, Azərbaycanın daim Türkiyənin dəstəyini hiss etdiyini qeyd edib.
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI