Ermənilərin təxribatı barədə materiallar dünya mediasında - FOTO
Bizi izləyin

Nida Xəbər

Ermənilərin təxribatı barədə materiallar dünya mediasında - FOTO

Macarıstan, Monteneqro, Serbiya, Bosniya və Hersoqovina mətbuatında sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücumuna ölkəmizin Silahlı Qüvvələrinin əks-əməliyyatla cavab verməsi geniş işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a bildiriblər ki, Monteneqro, Serbiya və Macarıstanda fəaliyyət göstərən Azərbaycan–Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzi, Azərbaycan Mədəniyyət Mərkəzi və Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşəbbüsləri ilə dərc olunan məqalələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərinə və mülki əhaliyə hücumuna ordumuzun düşmənə layiqli cavab verməsindən, işğal zonasında gərginliyin yenidən artmasından bəhs olunub.

Vurğulanıb ki, sərhəd boyunca Azərbaycan kəndlərinin artilleriya vasitəsilə fasiləsiz atəşə tutulması, mülki əhalinin ölümü və yaşayış binalarının dağıdılması ilə bağlı xəbərlərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan düşmənin atəş mövqelərini susdurmaq məqsədilə əks-hücum əmri verib.

Məqalələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın hərbi təcavüzünün davam etməsi, əhalinin qəsdən atəşə tutulması ilə bağlı fikirlərinə də yer verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm