Nida Xəbər
TÜRKPA Ermənistanın təxribatını qınadı
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyətin kəskinləşməsindən narahatlığını ifadə edib və mülki əhali arasında itkilərin olmasına səbəb olan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan yaşayış məntəqələrini atəşə tutulmasını pisləyib.
Publika.az xəbər verir ki, Baş katib Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə həll olunmasını qətiyyətlə dəstəklədiyini və bu prinsiplərin TÜRKPA-nın bəyannamələrində də yer aldığını qeyd edib (Astana bəyannamələri - 2015-ci il, Ala-Arça bəyannaməsi - 2017-ci il, İzmir bəyannaməsi 2018-ci il və Bakı bəyannaməsi - 2019-cu il).
Eyni zamanda, Baş katib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk Qrupunun dəstəyi ilə danışıqlar prosesinə xələl gətirə biləcək hər hansı bir təxribat xarakterli bəyanat və hərəkətin qəbuledilməzliyini vurğulayıb.
Baş katib mülki şəxslərin ölümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və yaralılara tezliklə sağalmağı diləyib.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər