Damarlarımızdan böyük qəhrəmanlıq və hünər göstərmiş babalarımızın qanı axır
Bizi izləyin

Nida Xəbər

Damarlarımızdan böyük qəhrəmanlıq və hünər göstərmiş babalarımızın qanı axır

Son günlərdə Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən cəbhayanı zonalarda yaşayan kəndləri və mülki əhalini atəşə tutması səbəbindən hərbi əməliyyatlarb yenidən aktivləşib.

Publika.az xəbər verir ki, minlərlə Azərbaycan vətəndaşı Ordumuza dəstək vermək – cəbhədə döyüşmək üçün könüllü olaraq ordu sıralarına yazılır. Eyni zamanda hər gün minlərlə insan Prezident İlham Əliyevin saytına yazaraq Orduya, Ali Baş Komandana dəstək ifadə edirlər.

Həmin məktublardan bir neçəsini təqdim edirik:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düşmənə layiqli cavab verilmişdir. Ordumuz gün ərzində uzun illər işğal altında olan yeddi kəndimizi və ən strateji yüksəklik olan Murovdağ silsiləsini mənfur düşməndən azad etmişdir. Bu qələbələr bizi çox sevindirir. Biz çox inanırıq ki, Sizin rəhbərliyinizlə şanlı ordumuz işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Çünki bizim işimiz haqq işidir".

Hörmətlə, İsmayıllı rayonunun müharibə, əmək və silahlı qüvvələr veteranları adından

Polkovnik Babayev Əlaləm

Azərbaycan Respublikası, İsmayıllı rayonu

***

“Hörmətli cənab Prezident.

Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatını qətiyyətlə

dəstəkləyirik. Ordumuzun uğurları hər bir azərbaycanlı kimi, bizə də sevinc və sonsuz qürur hissi yaşadır.

Qarabağ bizim doğma dədə-baba torpağımızdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir. Azərbaycan vətəndaşları bir nəfər kimi Sizin, dövlətimizin, Azərbaycan Ordusunun yanındadır və biz əminik ki, Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində layiqli zəfər çalacaq, Azərbaycan bayrağı əzəli torpağımız Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər.

Bu haqq yolunda zəfər çalacağımıza inanırıq və bu yolda Sizə, ordumuza yeni uğurlar diləyirik".

Hörmətlə, Arif Əliyev

Azərbaycan Respublikası, Bakı şəhəri.

***

“Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Mən bir vətəndaş, bir müəllim olaraq son zamanlarda baş verən hadisələrlə bağlı atdığınız addımları bəyəndiyimizi və Sizi dəstəklədiyimizi bildirirəm.

Biz başa düşürük ki, Siz Azərbaycan xalqının 30 illik nisgilinə son qoymaq üçün, şəhidlərimizin məzarlarında rahat uyuması, torpaqlarımızın işğaldan azad olunması və gələcək nəsillərin xoşbəxtliyi üçün bu addımı atmış, ölkədə hərbi vəziyyət elan edərək əks-hücum əmrini vermisiniz.

Şərəfli mübarizəmizdə sözsüz ki, şəhidlərimiz də olacaq. Ancaq biz bilirik ki, azadlıq bəxş edilmir, qan bahasına alınır. Odur ki, düşmənin amansızlığı, müharibənin dəhşəti Azərbaycan xalqını qorxuda bilməz. Keçən gün ordumuzun apardığı hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, kənd Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərininin azad olunması və Murov yüksəkliyinin ordumuzun nəzarəti altına keçməsi xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və nikbinlik yaradıb.

İnanırıq ki, Sizin apardığınız düzgün siyasətiniz və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv ediləcək, torpaqlarımız bütünlüklə azad olunacaq, şəhid analarının yanan qəlbinə su səpiləcək.

Cənab Ali Baş Komandan, əmin olun ki, bu çətin və şərəfli işdə Azərbaycan xalqı yekdilliklə Sizin yanınızdadır".

Hörmətlə, İbadova Leyla Vəli qızı.

Azərbaycan Respublikası, Şirvan şəhəri

***

“Hörmətli cənab Ali Baş Komandan.

Bu gün hamının düşüncəsi bütünlüklə Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna köklənib. Bu köklənmə vətənsevərlikdir, Azərbaycan əsgərinin gücünə, qüdrətinə inamdır, Ali Baş Komandanın əmriylə döyüşən hərbi qulluqçularımıza vətəndaş xeyir-duasıdır. Yurdumuzun hər qarışı mənim üçün əziz və doğmadır. Vətənə xidmət etmək, onu qorumaq bizim müqəddəs və şərəfli borcumuzdur. Bu borcu ləyaqətlə yerinə yetirdiyimə görə qürurluyam. Xalqımız qəhrəman, cəsur xalqdır. Zaman-zaman Vətən oğulları yadellilərlə mübarizələrdə böyük igidlik və qəhrəmanlıqlar göstəriblər. Qanları və canları bahasına qoynunda dünyaya göz açıb yaşadıqları torpaqları qoruyublar. Bu gün bizim damarlarımızdan döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərmiş babalarımızın qanı axır. Biz də onların qəhrəmanlıqlarını təkrar edərək, erməni işğalçılarını torpaqlarımızdan təmizləyəcəyik.

Cənab Prezident, Ulu Tanrı bu haqq yolunda köməyiniz olsun".

Hörmətlə, Azadə Rəssam Qoçqar oğlu

Azərbaycan Respublikası, Qobustan şəhəri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm