Mişel Baçele Dağlıq Qarabağla bağlı bəyanat verdi
Bizi izləyin

Nida Xəbər

Mişel Baçele Dağlıq Qarabağla bağlı bəyanat verdi

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçele Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xətti boyu hərbi əməliyyatların bərpasından narahatlığını bildirib və döyüşləri dərhal dayandırmağa çağırıb.

Onun bəyanatında deyilir: “Mülki şəxslər arasında ölən və yaralıların olması, eləcə də vətəndaşların mülkiyyətinə və infrastruktura dəyən ziyan haqqında xəbərlərdən dərin narahatlıq hissi keçirirəm. Bütün tərəfləri beynəlxalq insan hüquqları və beynəlxalq humanitar qanunlarına hörmətlə yanaşmağa, xüsusilə də mülki əhali və döyüşlərdə iştirak etməyən insanların müdafiəsini təmin etməyə və vacib mülki infrastruktura zərərin qarşısını almağa çağırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm