Azərbaycan Ordusunun Qarabağa doğru hərəkətini yalnız bu dayandıra bilər
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Ordusunun Qarabağa doğru hərəkətini yalnız bu dayandıra bilər

Azərbaycanın hüquqi özünümüdafiə haqqı var və bu haqq bütün işğal altındakı torpaqlar azad edilənə qədər davam edəcək.

Publika.az xəbər verir ki, bunu Ankara İldırım Bəyazid Universiteti Millətlərarası Hüquq Fakültəsinin dekanı Yücel Acer “Anadolu” agentliyinə açıqlamasında deyib.

Ermənistanın Azərbaycana hücumlarını Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən şərh edən professor bildirib ki, bu günədək nə təşkilatın, nə də ATƏT-in Minsk Qrupunun çağırışları nəticə verib: “Bir atəşkəs razılaşması olması və diplomatik görüş prosesinin davam etməsi təqdirində belə Ermənistan silahlı qüvvələri hücum edirsə, Azərbaycan özünü müdafiə etmək haqqına sahibdir. Burada Azərbaycanın gerçəkləşdirdiyi mövcud silahlı müdafiəni dayandıra biləcək yeganə hüquqi ünsür BMT Təhlükəsizlik Şurasının lazımi tədbirləri görməsi ola bilər”.

Mərmərə Universitetinin Beynəlxalq Hüquq Fakültəsinin dekanı Səlami Kuran isə ATƏT-in Minsk Qrupunun səriştəsizliyini diqqət mərkəzinə çəkib: “Bu missiya beynəlxalq hüquqa əsasən işğal altında qəbul edilən Dağlıq Qarabağın Azərbaycana geri qaytarılması nöqtəsində 30 ildir heç bir dəqiq addım atmayıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən bəri prosesə müdaxilə etdiyini vurğulayan professor bildirib ki, 4 qətnamədən daha effektiv addımlar atılsaydı, Ermənistan bu işğala son vermiş olacaqdı. Bu addımlara siyasi, diplomatik və iqtisadi sanksiyalar daxildir. BMT-nin vəzifəsi qınamaq, atəşkəs mesajı vermək deyil. Siyasi açıqlamalarla işin içindən çıxmağa çalışır, sanksiya mərhələsinə keçə bilmir. Beynəlxalq hüququ çeynəyən Ermənistan da bundan cəsarətlənir. Azərbaycan da bu durumda göbəyini özü kəsir”.

İstanbul Mədəniyyət Universitetinin müəllimi Həsən Köni SSRİ-nin dağılması zamanı Cənubi Qafqazı itirmək təlaşında olan Rusiyanın Qara dəniz və Xəzər xəttini əlində saxlaya bilməsi üçün Ermənistana siyasi və hərbi dəstək verdiyini diqqətə çatdırıb. Bildirib ki, Ermənistanın Dağlıq Qarabağda yaşayan vətəndaşlarının öz müqəddəratını təyin etmə hüququ seçdiklərinə dair iddiaları tarixə və beynəlxalq hüquqa ziddir. Bu ölkə daxilindəki etniklərin dövlət qurmaq haqqı yoxdur. Yalnız referendum yolu ilə bu, baş verə bilər. Dağlıq Qarabağ isə Azərbaycana aiddir və Ermənistan tərəfindən işğal olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm