Nida Xəbər
Mehriban Əliyeva: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin"
Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!
Publika.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsindəki paylaşımında yer alıb.
Paylaşımda daha sonra deyilir: “Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir.
Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.
Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!
Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!
Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!
Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”.
Bu gönderiyi Instagram'da gör
Bizi Telegram-da izləyinMehriban Aliyeva (@firstvicepresidentazerbaijan)'in paylaştığı bir gönderi (29 Eyl, 2020, 9:25öö PDT)
Oxumağa davam et
Ekopublika.az06:10Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
Sağlamlıq02:19Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
Sosial01:45Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
Nəqliyyat01:30Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
MDB01:15Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
MDB01:00Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
Qoroskop00:27Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
Ekopublika.az24 Aprel 23:57Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL