Nida Xəbər
Ceyhun Bayramov litvalı həmkarı ilə Qarabağı müzakirə etdi
Xarici İşlər naziri Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri Linas Linkeviçyus ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən məlumata görə, nazir Linas Linkəviçyus bölgədə gərginlik ilə bağlı narahatlığını ifadə edərək atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.
Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini və obyektlərini hədəfə aldığını litvalı həmkarının diqqətinə çatdıraraq, bunun növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb. Bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın işğalçı siyasətinə son qoyulmasının zəruri olduğu vurğulanıb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?