• USD 1,7000 0,00% EUR 2,0137 -0,02%
    • GBP 2,2324 +1,15% RUB 0,0220 0,00%

BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı QAPALI İCLAS

BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı QAPALI İCLAS

Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda müzakirələr keçirib.

Publika.az xəbər verir ki, Təhlükəsizlik Şurası Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Sentyabr ayında Təhlükəsizlik Şurasının sədri, Nigerin BMT-dəki daimi nümayəndəsi Abdou Abarri keçirilən qapalı məsləhətləşmələrin nəticələri barədə jurnalistlərə açıqlamasında deyib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katibin münaqişə tərəflərinə hərbi əməliyyatların dərhal dayandırılması, gərginliyin azaldılması və təxirə salınmadan danışıqlara qayıtması üçün müraciətini dəstəkləyir.

Qeyd edək ki, görüş təşəbbüsü ilə bir sıra Avropa ölkələri çıxış edib. Məsləhətləşmələrdə Təhlükəsizlik Şurası ölkələrindən 15 diplomat iştirak edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR