Düşmənin 2300 nəfərədək canlı qüvvəsi, hərbi texnikası MƏHV EDİLDİ - VİDEO
Bizi izləyin

Nida Xəbər

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi, hərbi texnikası MƏHV EDİLDİ - VİDEO

Video əlavə olunub.

xxx

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib.

Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm