Albaniyanın sabiq prezidentindən DƏSTƏK - Qarabağ Azərbaycanın ürəyidir
Bizi izləyin

Nida Xəbər

Albaniyanın sabiq prezidentindən DƏSTƏK - Qarabağ Azərbaycanın ürəyidir

Albaniyanın sabiq prezidenti Berişa Qarabağ münaqişəsində Azərbaycanın yanındadır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Albaniyanın ilk prezidenti Sali Berişa 29 sentyabr tarixindəki çıxışında Dağlıq Qarabağ ərazisində nəzarəti əlinə aldığı üçün Azərbaycan Silahlı Qüvvələrini dəstəklədiyini bildirib.

Ölkə mətbuatının məlumatına görə, Berişa Dağlıq Qarabağdakı qaynar müharibə dövründə tərəflərin birini dəstəkləyən ilk alban siyasətçidir.

Xatırladaq ki, bundan öncə Albaniyanın Baş naziri və AŞPA-nın nümayəndəsi Edi Rama tərəfləri sülhə dəvət etmişdi.

Berişa isə müraciətində çoxsaylı insan itkisinə səbəb olan münaqişənin əsas səbəbinin erməni işğalı olduğunu vurğulayıb. Həmçinin Qarabağı Azərbaycanın ürəyi adlandıraraq, bütün xəbərdarlıqlara rəğmən, bu ərazilərin hələ də erməni işğalında olduğunu bildirib.

O, beynəlxalq təşkilatlardan Azərbaycanın öz torpaqlarını düşməndən azad etməsi yolunda səy göstərmələrini tələb edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm