Nida Xəbər
Azərbaycan tarixində yeni zəfər yazılır - Sahibə Qafarova
Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır, ordumuzun düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları davam edir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
S.Qafarovanın sözlərinə görə, Ermənistan ordusu ağır itkilərə məruz qalıb: "Azərbaycan Ordusu uğurlu əməliyyatlar nəticəsində bir sıra ərazilərimizi və mühüm strateji yüksəklikləri düşməndən azad edib. İnanırıq ki, bu əks-hücum əməliyyatı işğala son qoyacaq və biz qələbə gününü qeyd edəcəyik, Azərbaycan öz ərazi bütövlüyün bərpa edəcək və öz dədə-baba yurdlarından didərgin salınan soydaşlarımız geri dönəcək”.
Onun sözlərinə görə, düşmənin təxribatı barədə doğru, düzgün məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün bütün tədbirlər həyata keçirilir, bu istiqamətdə parlament diplomatiyasından da istifadə edilir: "Bütün danışıq və məktublarda Ermənistan silahlı qüvvələri tərəfdindən təxribatların törədilməsi və s. kimi məsələlər qeyd edilib. Azərbaycan öz ərazi bütövlüyünü təmsil edəcək”.
Spiker bildirib ki, Türkiyə parlamentində təmsil olunan siyasi partiyalar Ermənistanın təxribatı ilə bağlı birgə bəyanat yayıblar:
Spiker qeyd edib ki, ermənilərin təxribatı ilə bağlı Milli Məclis adından bir çox ölkələrin parlamentlərinə və beynəlxalq təşkilarlara məktublar göndərilib və Azərbaycana qarşı erməni təcavüzü onların diqqətinə çatdırılıb.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO