XİN: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir - - VİDEO
Bizi izləyin

Nida Xəbər

XİN: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir - - VİDEO

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir və münaqişə tərəflərini qan tökməməyə çağırır.

Publika.az xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba brifinq zamanı deyib.

Qarabağda baş verən hadisələri yaxından izlədiyini və baş verənlərdən təssüfləndiyini vurğulayan nazir bildirib ki, müharibə faciə və dağıntı deməkdir:

“Hazırkı vəziyyət göstərir ki, dondurulmuş münaqişələr heç də dondurulmuş deyil və istənilən an partlaya bilər”.

Nazirin sözlərinə görə, vacib məqam ölkələrin ərazi bütövlüklərini dəstəkləməkdir:

“Azərbaycanın bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyirik. Bizim mövqeyimiz dəyişməz qalacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm