Hulusi Akardan MESAJ: "Azərbaycanı dəstəkləməyə davam edəcəyik"
Bizi izləyin

Nida Xəbər

Hulusi Akardan MESAJ: "Azərbaycanı dəstəkləməyə davam edəcəyik"

Türkiyə növbəti dəfə Azərbaycanın yanında olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, ölkənin Milli Müdafiə Naziri Hulusi Akar “The Centre for British-Turkish Understanding” təşkil edilən proqramda çıxışı zamanı bildirib:

"Ermənistanın hücumları beynəlxalq hüququn pozulmasıdır və Türkiyə bu hücumları pisləyir: “Qarabağ və ətraf rayonların işğalı Azərbaycanda 1 milyondan çox insanın evlərini tərk etməsinə səbəb olub. Regionda sülh və sabitliyin təmin olunması üçün erməni işğalına son qoyulmalıdır. Türkiyə, xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycanla həmrəydir. Hər zaman onu dəstəkləməyə davam edəcək".

Akar bəyan edib ki, Qafqazda sülh və sabitliyin əldə olunması üçün Ermənistan Qarabağın işğalına son qoymalıdır. Onun sözlərinə görə, son hadisələr bir daha İrəvanın regionda sülh və sabitliyə ən böyük əngəl olduğunu sübut edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm