Düşmənin məhv edilən döyüş texnikasının siyahısı - VİDEO
Bizi izləyin

Nida Xəbər

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı - VİDEO

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 200-dək tank və digər zirehli texnika;

- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 30 ədəd hava hücumundan müdafiə vasitələri;

- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 5 silah-sursat anbarı;

- 110-dan artıq avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm