Səməd Seyidov: “Əsas şərtimiz işğalçıların Azərbaycan torpaqlarını tərk etməsidir”
Bizi izləyin

Nida Xəbər

Səməd Seyidov: “Əsas şərtimiz işğalçıların Azərbaycan torpaqlarını tərk etməsidir”

“Beynəlxalq təşkilatlar 30 ilə yaxın bu məsələlərlə məşğul olmalıdı idilər. BMT-nin 4 qətnaməsinin icra edilməsi beynəlxalq təşkilatların birbaşa işi idi. Amma porodeksal vəziyyət odur ki, BMT Təhlükəsizlik Şurası bir neçə gün əvvəl bəyanat yayaraq tərəfləri sülhə dəvət edib. ATƏT-in Mİnsk Qrupu da oxşar bəyanat verdi”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, bu bəyanatlarda heç bir şərtsiz danışıqlar masasına oturmaq təklif olunur: “Amma Azərbaycan Prezidentinin birmənalı olaraq dediyi kimi, Azərbaycan bir addım da geri çəkilməyəcək. İşğalçıların Azərbaycan torpaqlarını tərk etməsi əsas şərtimizdir. Beynəlxalq təşkilatların bəyanatları sülhə yox, bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Söhbət Fransa prezidenti Emmanuel Makronun bəyanatından gedir. Məlumdur ki, Fransa həmsədr ölkələrdən biridir və o ən azı birtəfliyini qorumalıdır. Fransa artıq ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir. Bu cür bəyanatla vasitəçi ola bilməz. Hesab edirəm ki, Azərbaycan hərbi əməliyyatları davam etdirməlidir və bu da bu cür bəyanatlara ən gözəl cavabdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm