Pakistan XİN-dən erməni iddialarına SƏRT CAVAB
Bizi izləyin

Nida Xəbər

Pakistan XİN-dən erməni iddialarına SƏRT CAVAB

“Pakistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə birgə Ermənistana qarşı Dağlıq Qarabağda savaşmasına dair KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Pakistan Xarici İşlər Nazirliyi açıqlayıb.

Açıqlamada həmçinin Pakistanın Dağlıq Qarabağda təhlükəsizlik vəziyyətinin pisləşməsindən narahatlığı bildirilib:

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə intensiv atəşə tutması acınacaqlıdır və pislənməlidir. Bu, bütün bölgənin sülh və təhlükəsizliyini poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır”, - açıqlamada qeyd olunub.

Həmçinin Pakistan Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyi və bunun BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bir neçə qətnaməyə uyğun olduğu vurğulanıb.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm