Azərbaycan xalqı yüksək vətənpərvərlik nümayiş etdirir - Misir portalı
Bizi izləyin

Nida Xəbər

Azərbaycan xalqı yüksək vətənpərvərlik nümayiş etdirir - Misir portalı

Misirin nüfuzlu “Nil 1” telekanalının informasiya portalı AZƏRTAC-a istinadla Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında səsləndirdiyi fikirləri, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə çıxışının qısa xülasəsini, həmçinin Ermənistanın son hərbi təxribatı nəticəsində davam edən döyüşlərdən operativ məlumatları yayıb.

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan Ordusunun uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini bildirib. “Erməni xalqı 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətməyin cinayət olduğunu anlamalıdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Misir ictimaiyyətinə cəbhədəki son vəziyyətlə bağlı məlumatları da təqdim edən məqalədə vurğulanır ki, öz doğma torpaqlarını işğaldan azad etmək üçün səfərbər olan Azərbaycan xalqı yüksək vətənpərvərlik nümayiş etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm