• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

SON DƏQİQƏ: Yeni dayaq məntəqələri AZAD EDİLDİ

SON DƏQİQƏ: Yeni dayaq məntəqələri AZAD EDİLDİ

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

230-dək tank və digər zirehli texnika;

250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

38 ədəd hava hücumundan müdafiə vasitələri;

10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

7 silah-sursat anbarı;

130-dan artıq avtomobil texnikası;

1 ədəd “S-300” zenit-raket kompleksi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR