Bu, onların həyatları üçün təhlükəli ola bilər - Hikmət Hacıyev
Bizi izləyin

Nida Xəbər

Bu, onların həyatları üçün təhlükəli ola bilər - Hikmət Hacıyev

Bu, erməni tərəfinin yalanıdır. Biz mülki vətəndaşları qoruyuruq. Ermənistan tərəfindən bu döyüşlər başlananda biz çalışdıq ki, mülki şəxsləri itkilərdən qoruyaq.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Russia Today Arabic” kanalına müsahibəsində bildirib.

"Dağlıq Qarabağ regionuna gəldikdə isə, Azərbaycan orada heç bir qəsəbəyə, mülki obyektə hücum etmir. Jurnalistlərlə bağlı demək istəyirəm ki, beynəlxalq jurnalistləri bu gün erməni işğalı altında olan ərazilərə səfər etməkdən imtina etməyə çağırırıq. Bu, onların həyatları üçün təhlükəli ola bilər. Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş torpaqlarıdır. Erməni tərəfi bu torpaqlarda olan jurnalistlərin taleyi üçün tam məsuliyyət daşıyır. Əlbəttə, bu torpaqlarda bütün jurnalistlər üçün təhlükə var. Nəzərə almaq lazımdır ki, erməni silahlı qüvvələri bu döyüşlər ərzində mülki şəxslərdən və jurnalistlərdən insan qalxanı kimi və təbliğat məqsədilə istifadə edirlər. Təbii ki, biz yaralanan jurnalistlərə görə təəssüfləndiyimizi bildiririk", - PA rəsmisi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm