• USD 1,7000 0,00% EUR 2,0531 -0,63%
    • GBP 2,3751 +0,01% RUB 0,0229 0,00%

Erməni qadınlar Qarabağdakı qanunsuzluqlardan danışdı: Onsuz da... - VİDEO

Erməni qadınlar Qarabağdakı qanunsuzluqlardan danışdı: Onsuz da...  - VİDEO

Xankəndində hərbi əməliyyatların başlaması ilə əhali Qarabağı tərk etməyə başlayıb və hazırda Ermənistana tələsən insanların axını kütləvi hal alıb.

“Report” xəbər verir ki, xüsusilə də bu barədə Rusiyanın “İzvestiya” və digər KİV-ləri yazıb.

Bir gün əvvəl Rusiyanın məşhur “Dojd” telekanalının efirində Xankəndindən bir reportaj yayımlanıb və Xankəndi sakini olan gənc bir qadın Naxşun Qriqoryanın döyüş əməliyyatlarının ikinci günündə ərinin ölməsi barədə danışıb. İndi isə o, dərhal orduya çağırılan qardaşı üçün qorxur.

Qadının sözlərinə görə, onun əri hərçi idi və işğal altında olan Şuşada "xidmət" edirdi.

"O, Şuşada xidmət edirdi və cəbhə bölgəsinə göndərilməməli idi. Onu qanunsuz olaraq başqa bir yerə göndəriblər və onlar maşında gedərkən türklər (ermənilər azərbaycanlıları belə adlandırır - red.) tərəfindən saxlanılıb və hamısı məhv edilib. Şuşada daha təhlükəsiz idi, mənim ərim qanunsuz olaraq başqa bir yerə göndərilib və onu öldürüblər. Bu necə bir ölkədir? " – deyə gənc qadın təəccüblənib.

Naxşun Qriqoryanı anası müşayiət edib və o da qeyd edib ki, onun oğlunu da orduya çağrılıblar və o da Azərbaycan ordusuna qarşı döyüşə göndərilib.

"Mənim oğlum yenicə ordudan qayıdıb və onu dərhal yenidən geri çağırıblar və döyüş postuna göndəriblər”, - deyə N. Grigoryanın anası bildirib.

“Ərimi müharibənin ikinci günündə öldürüblər. Biz onu dəfn edə bildik. Mən Cermuka gedirəm, anam isə burada qalır. Qardaşımı burada atmaq istəmir. Burada hər kəs nə istəyirsə, onu da edirlər. Bura kimlər üçünsə müharibə, kimlər üçünsə biznesdir. Cavan adamları ölümə niyə göndərirsiniz? Onsuz da azərbaycanlılar bizdən güclüdürlər, ancaq bununla belə gəncləri ölümə göndərirlər”, - deyə, Naxşun Qriqoryan bildirir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR