Türkiyə Silahlı Qüvvələrindən Azərbaycana poetik dəstək
Bizi izləyin

Nida Xəbər

Türkiyə Silahlı Qüvvələrindən Azərbaycana poetik dəstək

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla bağlı yen həmrəylik mesajı paylaşıb.

Publika.az nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, bu dəfə Azərbaycan Ordusuna poetik misralarla dəstək verilib. Şeirin təqdim olunan bəndi belədir:

Eşqimiz, sevdamız könlümüzdədir bizim,

Dərdimiz, diləyimiz dərindədir bizim,

Taleyimiz bir yazılmış ağ alnımıza,

Gücümüz, irfanımız birliyimizdədir bizim!

“Türkiyə-Azərbaycan” şüarı ilə dövlət bayraqlarımızın qoşa dalğalandığı paylaşıma iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərindən çəkilmiş fotolar əlavə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm