Prezidentin köməkçisi: Adekvat cavabların verilməsi bundan sonra da davam edəcək
Bizi izləyin

Nida Xəbər

Prezidentin köməkçisi: Adekvat cavabların verilməsi bundan sonra da davam edəcək

"Son günlər ərzində oradan bu hücumlar həyata keçirilirdi. Dəqiq atəş zərbələri ilə mülki insanlara xələl yetirməmək məqsədilə erməni hərbi bazaları sıradan çıxarılmışdır və adekvat cavabların verilməsi bundan sonra da davam edəcək".

Publika.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, regionda davamlı sülhün təmin etmək üçün Ermənistana qoşunlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır: "Baş verən hadisələr bir daha Ermənistanın xislətini və Azərbaycan Respublikası tərəfindən aparılan əks-hücum əməliyyatlarının hansı humanist məqsədlərə xidmət etdiyini bir daha da göstərir ki, burada əsas məram Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad edilməsi, mülki insanlarımızın təhlükəsizliyinin təmin edilməsidir. Ermənistanın bu qəbildən olan provakasiyalarına da hər zaman ciddi və təsirli cavablarımız olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm