Anar Eyvazov: PUA-lar düşmən texnikasını məhv etməkdə davam edir
Bizi izləyin

Nida Xəbər

Anar Eyvazov: PUA-lar düşmən texnikasını məhv etməkdə davam edir

"Azərbaycan Ordusunun əməliyyatları uğurla davam edir. Ermənistan tərəfi yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotsuz uçuş aparatlarının vurulması və bu tip digər feyk xəbərlər, dezinformasiyalar yayır".

Publika.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin sözçüsü polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Ordusuna məxsus heç bir döyüş təyyarəsi vurulmayıb: "Azərbaycanın zərbə PUA-ları düşmənin döyüş texnikasını darmadağın etməkdə davam edir. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusu barədə yalan məlumatlar yaymaqla döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır. İctimaiyyəti düşmənin dezinformasiyasına uymamağa və yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyin rəsmi bəyanatların istinadən etməyə çağırış edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm