• USD 1,7000 0,00% EUR 1,9912 -0,51%
    • GBP 2,3304 -0,68% RUB 0,0232 -0,86%

"Bu, açıq şəkildə hərbi cinayətdir"

"Bu, açıq şəkildə hərbi cinayətdir"

“Bu, açıq şəkildə hərbi cinayətdir və Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilməkdədir”.

Publika.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib: "Gəncə şəhərinə düşən raketin düşdüyü məntəqə göz qarşısındadır. Xoşbəxtlikdən raket partlamayıb, amma yola zərər vurub. Bunlar "smerç" tipli raketlərdir. Cenevrə konvensiyasının qaydalarına əsasən hərbi münaqişə zamanı mülki insanların hədəfə alınması cinayətdir. Bu müharibə Azərbaycan xalqının vətən müharibəsidir. 30 ildir ki, biz bu işğalçılığa dözürdük. Əldə etdiyimiz nailiyyətlərin fövqündə Ermənistan acizliyini göstərərək bu addımlara əl atır. Azərbaycanın əzmi çox yüksəkdir. Hər kəs Ali Baş Komandanın əmrinə hazırdır. Qələbələrimiz bundan da artıq olacaq. Azərbaycan ordusunun bu gücünü görərək Ermənistan tərəfindən qorxaqcasına bu addımlara əl atılır. Ordumuz düşmənin hərbi resurslarını məhv edir. Ermənistanın öz ərazisindən də bu zərbələr həyata keçirilir. Onlar başqa təşkilatları da cəlb etmək üçün bu addımları atırlar. Onlar xarici medianı toplayaraq Xankəndidə yanğınların olmasını bildirirlər. Xankəndidə hərbi resursları məhv edilir. Arayik Arutunyanın ön xətdə vuruşması yalandır, qaçıb bunkerdə gizlənmişdi və ağır şəkildə yaralanıb. Azərbaycan Respublikası işğal olunmuş ərazilərin azad olması istiqamətində səyləri davam etdirir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın başçılığı altında Mübariz həmlələrini davam etdirirlər. Onlara bu işlərində uğurlar arzulayırıq”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR