Türkiyə XİN-dən Gəncənin atəşə tutulması ilə bağlı BƏYANAT
Bizi izləyin

Nida Xəbər

Türkiyə XİN-dən Gəncənin atəşə tutulması ilə bağlı BƏYANAT

Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhalini hədəf alan bugünkü hücumları bu dövlətin hüquq tanımayan simasının daha bir göstəricisidir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər Nazirliyinin bəyanatında bildirilib.

Nazirliyin bəyanatını təqdim edirik: “Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhalini hədəf alan Ermənistanın hazırkı hücumları Ermənistanın qanunsuz münasibətinin yeni təzahürüdür. Bu hücumları pisləyirik. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində məğlubiyyətlə üzləşdi. Ermənistan Cenevrə Konvensiyası başda olmaqla, bütün humanitar hüquq prinsiplərini pozaraq, qarşıdurmaların baş verdiyi ərazilərin xaricindəki mülki yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar Ermənistanın düşdüyü ümidsizliyin və qanunsuz işğala davam etmək üçün insanlığa qarşı cinayətlər törətməyinin əlamətidir. Əvvəldən də söylədiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneədir. Ermənistanın təxribatına cavab verəcəklərini, beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququndan istifadə etdiklərini və mülki əhaliyə ziyan vurmamaq üçün mümkün olan bütün səylərdən yararlandıqlarını bəyan edən Azərbaycanın bu münasibətini dəstəkləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm