Azərbaycana dəstək məqsədilə İstanbulda möhtəşəm mitinq keçirildi
Bizi izləyin

Nida Xəbər

Azərbaycana dəstək məqsədilə İstanbulda möhtəşəm mitinq keçirildi

İstanbulun mərkəzi və ən çox turist qəbul edən bölgələrindən biri olan tarixi Bəyazıt Meydanında qardaş Azərbaycan Ordusuna dəstək və düşmən üzərində qələbəni qeyd etmək məqsədilə möhtəşəm mitinq keçirilib.

“Ya Qarabağ, ya ölüm” şüarı ilə keçirilən aksiya İstanbul Universitetinin Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə baş tutub.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı mitinqdə Ordumuza dəstək şüarları səsləndirilib, sevinc hissləri ifadə olunub. Tədbirdə İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay tərəfindən türk və ingilis dillərində media üçün açıqlama oxunub. Açıqlamada 1917-ci ildə baş vermiş Bolşevik inqilabı, tarixi Azərbaycan torpaqlarına ermənilərin yerləşdirilməsi, əsrlərboyu ermənilər tərəfindən türk milləti, o cümlədən azərbaycanlılara qarşı törədilən cinayətlər və qətliamlar, Xocalı soyqırımı kimi faktlar barəsində məlumat verilib, Ermənistan hökuməti tərəfindən atılan addımların beynəlxalq hüquq və normalara zidd, insanlığa qarşı cinayət olduğu bildirilib. Son günlər işğalçı Ermənistan tərəfindən törədilən təxribatlar və hücumlar nəticəsində uşaqlar da daxil olmaqla xeyli sayda dinc insanın Ermənistanın terrorçu siyasətinin növbəti qurbanı olduğu, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə lazımi cavabı verdiyi qeyd edilib.

“Son bir neçə gün ərzində şanlı Azərbaycan Ordusunun Ermənistanın təxribatçı siyasətinə cavabı nəticəsində bir sıra torpaqlarımız düşmən işğalından azad edilib. Ermənistan tərəfindən həyata keçirilən bu xain terror hücumlarının əsas məqsədi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vaxtı öz lehinə uzatmaq və zəbt edilmiş əraziləri genişlətməkdir. Daima “Bir millət, iki dövlət” prinsipi ilə hərəkət edən Türkiyə ilə Azərbaycan qardaşlığı bu dəfə də özünü göstərib. Ermənistan başda olmaqla ona dəstək verən bütün dövlətlərin insanlığa zidd, faşist, işğalçı və insan hüquqlarını heçə sayan dövlət siyasətini şiddət və təəssüflə qınayır, bütün dünya ictimaiyyətini Azərbaycanın haqlı davasına ona dəstək olmağa çağırırıq”, - deyə o qeyd edib.

Böyük izdihamın yaşandığı tədbirdə Azərbaycana dəstək ifadə olunub, çıxış edənlər Ermənistan tərəfindən törədilən təxribatları şiddətlə qınayıblar.(AzərTAc)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm