Fuad Oktay Gəncənin atəşə tutulmasını PİSLƏDİ
Bizi izləyin

Nida Xəbər

Fuad Oktay Gəncənin atəşə tutulmasını PİSLƏDİ

“Ermənistan döyüş meydanındakı məğlubiyyətlərə Azərbaycanın dinc sakinlərini atəşə tutmaqla cavab verir. Buna bariz nümunə kimi Ermənistan sərhədindən 70 km aralıda yerləşən Gəncə şəhərinin raket atəşinə tutulması olub ki, bu da insanlığa qarşı törədilmiş cinayətdir”.

Publika.az xəbər verir ki, bu barədəTürkiyənin vitse-prezidenti Fuad Oktay "Twitter" səhifəsində paylaşım edib.

Siyasətçi Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncənin dinc əhalisinin Ermənistan ərazisindən atəşə tutulmasını pisləyib və qardaş Azərbaycan xalqına başsağlığı verib.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri oktyabrın 4-də Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncəni ağır artilleriyadan atəşə tutub. Nəticədə 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb, şəhərdəki mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən dövlət tərəfindən mühafizəyə götürülən (inv. 3838) tarixi abidəyə ciddi ziyan dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm